Opera və Balet Teatrında "Sevil" operası nümayiş etdiriləcək

Balaş rolunda xalq artisti Azər Zeynalov çıxış edəcək
Akademik Opera və Balet Teatrının səhnəsində, görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası yenidən nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, oktyabrın 11-də göstəriləcək operada əsas rolları xalq artisti Azər Zeynalov (Balaş), əməkdar artist Zemfira İsmayılova (Sevil) və Gülnaz İsmayılova ( Dilbər) ifa edəcək.
Opera Əyyub Quliyevin dirijorluğu ilə təqdim ediləcək. Tamaşanın rejissoru, əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.
Xatırladaq ki, "Sevil" operasını bəstəkar Fikrət Əmirov, Cəfər Cabbarlının eyniadlı dramı əsasında 1953-cü ildə yazıb. Operanın libretto müəllifi Tələt Əyyubovdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















