Azərbaycan türmələri haqqında yeni kitab

18 oktyabr saat 16.00-da "Kitabevim.az”-da təqdimat olacaq
Həbsxana həyatından yazdığı roman və povestləri ilə tanınan yazıçı Rövşən Yerfinin bu günlərdə "Qazamat sanitarları” adlı yeni romanı çapdan çıxıb.
"Zero" nəşriyyatında işıq üzü görən kitabda cəza yerlərinin müasir həqiqətlərindən danışılır. Təsvir edilən əhvalatlar oxucuya həbsxanadakı bir-biri ilə sərt təzadları olan təbəqələr arası münasibətlərlə yanaşı, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri də aydınlaşdırmağa kömək edir.
Kitaba "Residivist” povesti də əlavə olunmuşdur.
Rövşən Yerfi məhbəs mövzusuna aid olan "Üzdəniraq ada”, "Qadın düşərgəsi” və "Penitensiar lövhələr” adlı kitabların da müəllifidir.
Yeni kitabın təqdimatı 18 oktyabr tarixində saat 16.00-da "Kitabevim.az” kitab mağazasında (28 May metrosu, Dəmiryol xəstəxanasının yanı) keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















