Nazir müavini: "Afaq Bəşirqızının müalicəsi dövlətin nəzarətindədir"

"Afaq Bəşirqızının müalicəsi dövlətin nəzarətindədir. Afaq Bəşirqızı Azərbaycan səhnəsinin böyük sənətkarıdır və onun sağlamlıq durumunu diqqətdə saxlayırıq".
"Report" xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Teatr Xadimləri İttifaqında keçirilən "Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində" mövzusunda elmi-praktiki konfransında etdiyi çıxışında səsləndirib.
Ədalət Vəliyev xalq artisti Afaq Bəşirqızının əməliyyat edildiyini vurğulayıb və vəziyyə
tinin hazırda yaxşı olduğunu diqqətə çatdırıb.
"Afaq Bəşirqızının sağlamlıq durumu hörmətli Mehriban xanım Əliyevanın nəzarətindədir. Afaq xanım böyük sənətkarımızdır. Onun tezliklə tam sağalmasını arzu edirik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















