• $
  • €
  • ₽
  • ₺
  • £

Bəhram Bağırzadə Larisa Dolinanın təxribatına cavab verdi

Bəhram Bağırzadə Larisa Dolinanın təxribatına cavab verdi
28.05.2020 21:49
Xanım, Kudelman! Sizə öz həqiqi soyadınızla müraciət edirəm, çünki Sizə bütün yaradıcılığınız boyu istifadə etdiyiniz səhnə adınızla "Larisa Dolina" artıq nə mən, nə də ölkəmizin vətəndaşları müraciət edə bilər. 

Siz təkcə Sovet İttifaqının deyil, hətta cəsarət edib deyə bilərəm ki, dünyanın ən isti, qonaqpərvər, xeyirxah və internasional şəhərlərindən biri olan Bakıda doğulmusunuz! Bizim planetimizdə çox az şəhər tapılar ki, orada bir çox millətlərin, mədəniyyət, ənənə və dinlərin nümayəndələri birlikdə sülh və əmin-amanlıq içində yaşasınlar. Bakı dünyaya bir çox məşhur şəxsiyyətlər - hərbçilər, şairlər, yazıçılar, memarlar, elm adamları və rəssamlar, bəstəkar və müğənnilər bəxş edib. 

Mənim Vətənim özünün min illik mədəniyyətini bir çoxlarıyla, o cümlədən sizinlə bölüşüb, axı siz hələ də bir çox ölkələrdə sevilərək dinlənilən "Qaya" qrupunun bek-vokalisti olmusunuz. Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycan dövlət estrada ansamblının solisti olmusunuz. "KVN" komandasının kapitanı Anar Məmmədxanlı ilə dost olmusunuz, onun evində çörək kəsmisiniz. O Anar ki, ömrü boyu informasiya cəbhəsində ölkəmizə qarşı yönələn çirkin yalanlarla mübarizə aparıb. Siz "KVN" komandasının səhnəsində Bilal Əliyevlə birgə musiqi kompozisiyası ifa etmisiniz, o Bilal Əliyevlə ki, ən yaxşı muğam ifaçılarından biri sayılır. Bəli, bəli, həmin o muğamla, siz saymazcana erməni musiqisinin nailiyyəti adlandırdız! Rusiya Musiqi Akademiyasının məzunu kimi bunu deməyiniz ümumiyyətlə qəribədir, siz axı musiqi tarixinin elementar biliklərini bilməliydiniz axı... 

Türk, ərəb, fars xalqları mühitində doğulan, insanların qəlbləri və ruhlarından qoparaq yaranan muğam bir sönməyən ulduz kimi məhz Azərbaycanda formalaşıb. Və dünya mədəniyyətinin ən böyük nailiyyətlərindən biri ki, 2008-ci ildə YUNESKO-nun Bəşəriyyət mədəni irsinə daxil edilib! Doğrudanmı Azərbaycanda doğulan biri kimi bu tarixi hadisə sizin yanınızdan eləcə ötüb keçib? Doğrudanmı Tiqran Koesayanın şirkətində bir neçə dəqiqəlik keçiridiyiniz vaxtda yaranan emosiyalarınız sizi çoxmilyonlu həmyerlinizin xətrinə dəyməyə vadar etdi? Ola bilsin, "keçmiş" sizin üçün açar sözdür, çünki həyata göz açdığınız torpağın nümayəndələrinin mədəniyyətini inkar etməyi mən ancaq belə yoza bilərəm... Sizin bunu hansısa üçyüzlük gümüş üçün edəcəyinizi mən ağlıma sığışdırmıram!.. Bəlkə şoudakı həmkaranızın sizə heç olmasa bir erməni muğamçısının adını çəkərdi ki, muğamı erməni dilində oxumuş olsun? 

İstənilən halda siz bu sözləri o zaman dediniz ki, həm vaxt mənim ölkəmdə, dahi azərbaycanlı bəstəkar və musiqiçilərin yurdu Qarabağda yenidən qan axırdı və gənclər ölürdülər. Onların anaları, bacıları, sevgililərin gözləri yaşlı qaldığı bir zamanda siz bu sözləri deyirsiniz, onların könlünə toxunursunuz. Xalqdan torpağı, kapitalı və hətta canı almaq olar, ancaq genetik kodların yazıldığı mədəni irsi, mənəvi zənginliyi ondan qoparmaq mümkün deyil, bu, heç kimə icazə verilməyib! Gün gələcək biz öz torpaqlarımızı geri qaytaracağıq, biz şəhərlərimizi yenidən tikəcəyik və qanımıza çilənmiş torpağa uca ağaclar əkəcəyik, çiçəklərlə bəzəyəcəyik və mütləq Şuşada ümumdünya muğam festivalı keçirəcəyik!  Biz düşmənləri öz torpağımıza çağırmamışıq və bu murdar müharibəni biz başlamamışıq və o bitəndən sonra biz o kəsləri qonaq çağıracağıq ki, Azərbaycanın ən çətin anlarında belə özlərində ən vacib keyfiyyəti - xeyirxah ürəyi saxlamış olsunlar. Siz isə öz könüllü hərəkətinizlə müqəddəs torpağımızda görmək istədiyimiz şəxslərin siyahısından özünüzü artıq xaric etmisiniz!

Əbədi bakılı Bəhram Bağırzadə 

(Müəllifin fikirlərinə görə redaksiya məsuliyyət daşımır)


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol