Tarix terminləri lüğəti çapdan çıxıb

Bakıda "Tarix terminləri lüğəti" çapdan cıxıb. Müəllifi tarix elmləri doktoru Aydın Balayev olan lüğətdə tarix elmi və köməkçi tarix fənlərinə aid 2500-ə yaxın söz və ifadənin izahı verilib.
Ölkəmizin nəşriyyat təcrübəsində bu sahədə ilk təşəbbüslərdən biri olan bu izahlı lüğət təkcə tarixçilər, arxeoloqlar, etnoqraflar tarix fakültələrinin tələbə və doktorantları üçün deyil, həm də tarix ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Lüğətin elektron variantı aleks.az saytında yerləşdirilib.
Lüqət "Altun Kitab MMC" tərəfindən nəşr edilib və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2016-cı il 18 noyabr tarixli qərarı ilə çapa tövsiyyə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















