• $
  • €
  • ₽
  • ₺
  • £

Əfsanəvi Ququş: "Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır"

Əfsanəvi Ququş: "Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır"
28.05.2020 21:32
Azərbaycanın ən əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Şimali Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib. Bu haqda virtualaz.org-a müğənninin Bakıdakı konsertinin təşəbbüskarlar və təşkilatçıları məlumat veriblər.

Virtualaz.org bu informasiyanı dəqiqləşdirməyə qərar verib və suallarla birbaşa hazırda Londonda yaşayan müğənninin özünə müraciət edib.
Xatırladaq ki, müğənni bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan etmişdi ki, avqustun sonunda Yerevanda konsert verəcək. Öz statusunun altında o, xeşteq də qoymuşdu: # finally – "nəhayət" və historyinthemaking - "tarix yaradılır". Yerevandan sonra Ququş Tbilisiyə yola düşməli idi.
Və bir neçə tanınmış Azərbaycan biznesmeni Zaqafqaziya turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət etmişdi. Ancaq, virtualaz.org-a açıqlamasında Ququşun özünün bildirdiyi kimi,  Azərbaycan hakimiyyəti – Mədəniyyət və Turizm Nazirliyinin şəxsində rədd cavabı verib və müğənninin Bakıda konserti qadağan edilib.

"Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəz Qarayev – RED.) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”, - deyə Ququş virtualaz.org-a bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi bir çox suallar doğurur və biz ümid edirik ki, ən yaxın zamanda cənab Əbülfəz Qarayevin idarəsinin nümayəndələrinin şərhini ala biləcəyik.

Birincisi, son illərdə erməni millətinin bir çox nümayəndələri Bakıya baş çəkib və  Azərbaycan hakimiyyətinin sülhə yönəlik addımlarını təqdir edərək bu məsələdə bizimlə həmrəy olduqlarını nümayiş etdiriblər. Azərbaycan və Ermənistan Sülh Platforması çərçivəsində bir çox erməni ictimai xadimlərinin və hüquq müdafiəçilərinin səfərlərini xatırlamaq kifayətdir.

İkincisi, Ququş milliyyətcə azərbaycanlıdır, əslən Cənubi Azərbaycandandır və indiyə qədər postsovet məkanında konsertlərlə çıxış etməyib. Bu onun Zaqafqaziya üzrə birinci turnesidir. Ququş Qarabağa baş çəkməyib və Soso Pavliaşvilidən, Filipp Kirkorovdan fərqli olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı”sına düşməyib, Qarabağ separatçılarını  dəstəkləyən bəyanatlarla çıxış etməyib. Hətta, elə olub ki, Qarabağa qanunsuz baş çəkən və separatçıları dəstəkləyən Rusiya müğənniləri ilə bağlı problem işə başqa məşhur müğənni - Emin Ağalarov qarışan kimi bir andaca həll edilib. Ancaq nədənsə Kirkorova rəva bilinən Ququşa rəva bilinmir.

Suallarımız hələlik cavabsız qalır. Və biz ən yaxın vaxtda Mədəniyyət Nazirliyinin cavabını təqdim edəcəyik. Hələlik isə biz, jurnalistlər, ənənəvi məmur səhvinə istinad edib telefonla əfsanəvi Ququşu sakitləşdirməli olduq. Görəsən, bu dəfə məmurun kobud səhvini düzəldəcəklərmi?!
Eynulla Fətullayev

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol