“Yuğ” teatrında daha bir istefa

"Yuğ” teatrının aktrisası, əməkdar artist Yaqut Paşazadə teatrdan gedir.
Bu haqda Teleqraf.com-a aktrisa özü məlumat verib.
Onun sözlərinə görə, teatrla müqaviləsi bitib:
"Yeni müqavilə imzalamaq istəmirəm. Tetarın hazırki durumu məni qane etmir. Həm inzibati dəyişikliklər, həm də yaradıcı mühit ürəyimcə deyil. Ona görə də teatrdan ayrılıram. Növbəti iş yerimin hansı teatr olacağı da məlum deyil. Hazırda Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru” fakültəsində aktyor sənəti müəllimi kimi çalışıram”.
Qeyd edək ki, bundan öncə əməkdar artist Rasim Cəfər və Hikmət Rəhimov da öz ərizələri ilə teatrdan çıxıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















