MTRŞ qalmaqallı veriliş barədə: Heç bir tədbir görülməyəcək - VİDEO

Əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi "Canım sizə desin” proqramında aparıcı və qonaq qayda pozuntusuna yol verməyib.
Bunu Oxu.Az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.
Onun sözlərinə görə, onlar proqramda şou göstəriblər:
"Orada aparıcı və qonaq təpik atırlar. Bu, şoudur və qayda pozuntusu yoxdur. Bütün hallarda aparıcılar və iştirakçılar da cəmiyyəti qıcıqlandırıcı hərəkətlərdən qaçmalıdırlar. Burada, sadəcə, bayağı hərəkət edilib və biz bununla onlar barədə tədbir görə bilmərik”.
Təvəkkül Dadaşov qeyd edib ki, MTRŞ tərəfindən verilişlə bağlı bir ölçü götürülməyəcək:
"Onlar efirdə söyüş söysə, ədəbsiz jest etsəydilər, biz onunla bağlı tədbir görərdik. Aparıcı xaraktercə belədirsə, gələn qonağın səviyyəsi bu cür bayağıdırsa, biz nəsə deyə bilmərik.
Biz, sadəcə, bu cür verilişlərin səviyyəsinin qaldırmasını tövsiyə edirik. Bütün hallarda belə halların qarşısı gələcəkdə alınmalıdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















