"1 həftə öncə Zahidlə birlikdəydik" - 26 illik dostu ölən klarnet ifaçısından danışdı

Ötən gün dünyasını dəyişən tanınmış klarnet ifaçısı Zahid Əliyevin 26 illik dostu müğənni Nazil Ağalarov Metbuat.az-a danışıb.
Nazil Ağalarov qəfil dünyasını dəyişən dostuyla bağlı xatirələrini bölüşüb:
"Zahidin nəyə qadir olduğunu bütün Azərbaycan müsİqiçiləri bilir. Zahid böyük sənətkardır, bizim 26 illik dostluğumuz olub. Zahidlə Sabirabaddakı toy məclislərinin birində tanış olmuşam. Dostumun övladının toyuna getmişdim, o da məclisdə idi. Bizim dostluğumuz ondan sonra yarandı.
Zahid çox təmiz adam, etibarlı dost, bir sözlə tikansız adam idi. Böyüklə böyük, kiçiklə kiçik olurdu. İlk dəfə Bakıya gələndə mənimlə birlikdə toylara gedib. Sonra bizim gözəl sənətkarlarımızla işləyib. Zahidin haqqında saatlar yox, illərlə danışmaq olar. Allah ona rəhmət eləsin. Onunla olan xatirələrimi bölüşmək üçün saatlarla vaxt lazımdır. Zahidin ölümü Azərbaycan musiqisinin ən böyük itkilərindən oldu.
1 həftə öncə Zahidlə birlikdəydik. Dostlarla zəng edib, onu dəvət etdik. Yeni klarnetini götürüb, gəldi. İki saatdan çox birlikdə olduq. Azərbaycanda çox sənətkar olub. Zahid o əvəzolunmaz sənətkarlardan biridir. Anası onu çox istəyirdi. Ona görə, tez apardı yanına. İnsan dünyadan tez köçəndə onunla bağlı iki söz deyirlər. Ya, Allah rəhmət eləsin, tez aramızdan getdi, ya da Allah çox istədiyinə görə tez apardı. İki sualın arasında qalmışam indi. Hansı yaxşıdırsa, Allah onu nəsib eləsin”.
Qeyd edək ki, tanınmış klarnet ifaçısının anidən ürəyi dayanıb. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.(metbuat)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 