Elinanın anasından yazıçı Anara - İsmarıc

162 saylı məktəbin intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hüseynova Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı Anarın fikirlərinə münasibət bildirib.
S.Hüseynova News24.az-a açıqlamasında bunları deyib: "Günahı olan onsuz da cəzasını çəkəcək. Mən ümumiyyətlə, Azərbaycanda Anar adlı yazıçının olduğunu bilmirdim. Düşünmürəm ki, Anarın hər hansı çıxışı kiməsə, əsasən də istintaqın işinə təsir edər. Çünki bununla vəkillər məşğuldur. Kimsə günahkardısa, cəzasını alacaq. Çox adam söz deyə bilər, sözlərlə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ birbaşa cənab prezidentin diqqətindədir. Mən prezidentimə inanıram, əgər o bu məsələyə qarışıbsa, əməlləri gizlətməyə cəhd edənlər də cəzalandırılacaq. Kim günahkardısa, layiqli cəzasını alacaq. Deyilənlər isə boş sözlərdən başqa bir şey deyil”.
Qeyd edək ki, AYB sədri Elina haqqında yazıb. 14 yaşlı qızın intiharından təəssüfləndiyini bildirən Anarın ölümlə nəticələnmiş olayda adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı müdafiə etməsi diqqətdən yayınmayıb. Yazıçının bu mövqeyi sosial şəbəkədə narazılığa səbəb olub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər