Çingiz “Eurovision”da onlarla səhnəyə çıxacaq

Müğənni Çingiz Mustafayevi "Eurovision"da 5 bek-vokalçı müşayiət edəcək.
Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar sənətçi ilə birgə "Truth" mahnısını canlı olaraq ifa edəcəklər.
Sözügedən şəxslər Avropada kifayət qədər tanınırlar. Belə ki, Pernille Leeloo bu il Danimarkanın milli seçimləri olan "Dansk Melodi Grand Prix"ə qatılıb. Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə "Melodifestivalen" finalına qədər yüksəlib. Peter Simpson isə "Eurovision 2018"də Avstriya təmsilçisi ilə birgə çalışıb. İfaçı və bəstəkarlar Patrik Jean və Cedrik Hammar "Truth"u ifa edəcəklər.
"Mən çox xoşbəxtəm ki, bu cür istedadlı və peşəkar insanlar Təl-Əvivdəki çıxışım üçün bizim komandaya qoşulublar. Musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də "Truth" mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçılarının profilini nəzərdən keçirdik ki, komandamıza qoşulacaq şəxsləri seçək. Əminik ki, komandamıza öz şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçmişik. İlk məşqimiz çox əla keçib və komandamızda çox gözəl harmoniya var", - Çingiz bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















