• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixi abidələrimiz: Axund Abil Məqbərəsi - FOTOLAR

Tarixi abidələrimiz: Axund Abil Məqbərəsi - FOTOLAR
03.09.2014 21:07

Rüstəm QasımovMaraq doğuran və tarixi əhəmiyyət kəsb edən arxitektura abidələrinə hökmdarların, sayılıb-seçilən insanların və din xadimlərinin fəaliyyətinə hörmət əlaməti olaraq onların şərəfinə tikilən mavzoleylər və məqbərələr də aiddir. Azərbaycan ərazisində belə abidələr çoxdur, onlardan birinə bu gün baş çəkəcəyik. Novxanıda yerləşən Axund Abil Məqbərəsi bizim hədəfimizdir.Kəndlilərin sözlərindən öyrəndim ki, məqbərə yerli qəbiristanlıqda yerləşir,. Ora çatdıqda məqbərəni xatırladan tikilini tapmaq üçün ətrafa göz gəzdirdik. Bəxtimizdən yerli işçi canla-başla kömək etməyə razılaşdı və bələdçimiz oldu.Qəbiristanlıqda gedərkən, mən tarixin bir hissəsini təşkil edən qəbirdaşılara diqqətlə baxırdım, onların üzərində ərəb dilində yazılar görmək mümkün idi. Bəzi köhnə qəbirlər kiçik hasarlarla əhatəyə alınıb. Başqa qəbirlər vaxt ötdükcə baxımsız vəziyyətə düşmüşdülər. Onlardan yalnız başdaşılar qalmış, üzərində isə qədim ərəb hərfləri, naxışlar, epitafiyalar və sair görsənirdi. Qəbiristanlığın ərazisində bir neçə kiçik məqbərə vardı. Amma onlar nisbətən yeni məqbərələr idi, mənə isə qədim quruluşlu məqbərə lazım idi. Ona görə də yoluma davam edirdim. Nəhayət, yarıdağınıq şəkildə olan günbəzi tapa bildim və düzgün yolda olduğumu anladım.İşçi ilə söhbət əsnasında öyrəndim ki, XIX əsrin əllinci illərində tikilmiş məqbərə tanınmış din xadimi Axund Abilə aiddir. Öz dizaynına görə məqbərə günbəzi bir az dağınıq olan səkkiztərəfli ehramı xatırladır. Tikilinin uzunluğu və eni təxminən 4 metr təşkil edərdi. Daim əsən küləklər, rütubət və temperaturun yay-qış tərəddüdü öz işini görmüşdü.Bu abidə öz tərzində unikaldır, çünki nə hansısa kənddə və ya Novxanıdan başqa Abşeronun digər qəsəbələrində rast gəlinə bilməzdi. İçəri daxil olduqda axundun qəbirini gördüm. Məqbərəyə yalnız tavandakı bir neçə deşikdən günəş işığı düşürdü. Binada pəncərə yox idi, yalnız qapı oyuğu vardı. Ruhaninin qəbirində üstündə rəngləri güclə sezilən kiçik güldan vardı. Görünür, kimsə hələ də onu unutmayıb, hörmət və izzətini bildirir.ANN.Az xəbər portalı Axund Abilin məqbərəsinin şəklini və Novxanı qəbiristanlığının qədim başdaşılarının əks olunudu fotosessiyanı oxucuların diqqətinə təqdim edir. Biz bu arxitektura tikintisinin tez bir zamanda bərpa olunacağına ümid edirik.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol