Faiq Sücəddinov: “Prezident imza atıbsa, deməli..."

"Azərbaycan Dövlət Televiziyası çox dəyişib. Çox böyük zövqlə izləyirəm”.
Bu sözləri Anews.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, Xalq artisti, Prezident təqaüdçüsü Faiq Sücəddinov deyib.
Azərbaycanda radionun fəaliyyətə başlamasının 93-cü ili və Televiziya və Radio İşçilərinin Peşə Bayramı münasibətilə təşkil olunan tədbirdə iştirak edən AzTv-nin Bədii Şurasının üzvü bildirib ki, bu gün kanalda əvvəlki stereotiplər yoxdur: "Çox gözəl və baxımlı televiziya işi var. Radio da həmçinin. Bu yaxınlarda AzTv-də böyük kadr dəyişiklikləri aparıldı. Dəyişik televiziyada televiziya ola bilər. Çox maraqlı olub. Verilişlər, maraqlı fikirlər, maraqlı rejissor işi var. Televiziya və radio tamaşaları artıq bərpa olunub. Biz artıq bölgələrə gedirik, əhali ilə görüşürük. Konsertlər təşkil edirik. İşlər çoxdur. İş işə qarışıb. Bu arada, son vaxtlarda mən də üç konsert vermişəm. Dördüncüsü səkkiz noyabrda olacaq. Solo pianoda ifa edəcəyəm”.
"Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti bir tamaşaçı kimi sizi qane edirmi” sualına Faiq Sücəddinov belə cavab verib: "Sözün doğrusu, özümə qapanmışam. Sənətimə o qədər bağlıyam ki, heç televiziyaya da baxmıram, telefona da baxmıram. Konsertlər verirəm. Təbii ki, burada bir saat ifa etməliyəm. Bundan başqa, yaradıcılıq işlərim də var”.
Tanınmış bəstəkar bu yaxınlarda Xalq artisti tituluna layiq görülən müğənniləri də təbrik edib: "Prezident imza atıbsa, deməli, onların sənəti buna layiqdir. Cənab prezidentin imzası qanundur. Burada müzakirəyə yer yoxdur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















