Bakı Dövlət Sirki bərbad haldadır - FOTO

Bakı Dövlət Sirki bərbad vəziyyətdədir.
O bildirib ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil:
"Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”.
Qeyd edək ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Dövlət Sirkinin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:
"Azərbaycanda yeni sirk binasının tikintisi ilə bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək”.
M.Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyə gətirilməsi texniki baxımdan həddindən artıq çətindir:
"Bu, lazım olduğundan artıq xərclər tələb edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilmiş binadır. Avadanlıqların çoxunu bərpa etmək mümkün deyil. Bina tamamilə sökülməli və yenisi tikilməlidir. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.
"İctimai nəqliyyatın sıx hərəkət etdiyi yerdən kənardır. Ora tamaşaya gələnlərin gözləməsi üçün yaxınlıqda da elə bir istirahət yeri yoxdur. Müasir görkəmli sirkin tikintisi üçün müəyyən tələblər var.
Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Həmin binanın memarları İsmayılov və Leontyev olub.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















