Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm

Son üç ay ərzində konsertə görə mənə 20 min manat ziyan dəyib. Konertimlə bağlı çox söz verilsə də, heç biri yerinə yetirilmədi.
"Bir çox şirkətlər, müəyyən insanlar söz versələr də, dediklərini yerinə yetirmədilər. Efirlərdə anonslar verilmədiyi üçün biletlər satılmadı. Televiziya kanalları məndən külli miqdarda pul istədi. Mənim də istənilən pulu ödəməyə imkanım yox idi.
Anons verilmədikdən sonra kim, harada, hansı tədbirin olacağını nə biləcək? Ona görə də şirkətlərə və icra hakimiyyətlərinə üz tutdum. Şirkətlərin adlarını çəkə bilməyəcəm. İcra hakimiyyətlərindən isə Səbail Rayon İcra Hakimiyyəti biletləri alıb pulunu da nağd ödədi. Amma Nərimanov Rayon İcra Hakimiyyəti beş min manatlıq bilet götürsə də, hələ də pulunu verməyiblər”, - deyə Könül Xasıyeva bildirib.
"Xanəndə Mirələm Mirələmov və müğənni Könül Kərimova ikinci dəfə söz versələr də, konsertə gəlmədilər. Adlarını ona görə açıqlayıram ki, insanlar mənim yalan danışdığımı hesab etməsin. Çünki anonslarda onlardan icazə alıb adlarını çəkirik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















