Hüseyn dəryaya qərq oldu... - Fotolar + Video

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur reperi Hüseyn Dərya bu gecə keçirdiyi ağır avtomobil qəzasından sonra dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın məşhur reperi Hüseyn Dərya 1975-ci il 29 iyunda dünyaya gəlib. O, müstəqil Azərbaycanda rep musiqisinin inkişafında misilsiz xidmətlər göstərib. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb. O, son illər həbsdə olub, ailəsindən ayrılıb və narkotik istifadəçisinə çevrilmişdi. Evləndiyi Sona adlı xanımdan bir oğlu var. İndi oxuculara onun son mahnısı olan "Can vətənim" klipini təqdim edirik. Dinləyiciləri yəqin ki, onu uzun illər unutmayacaq. Allah rəhmət etsin!ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















