Tanınmış italyan aktrisası ilə Bakıda görüş olub - FOTOLAR

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edibFevralın 14-də “Üns” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görüşdə iştirak ediblər.AzərTAc xəbər verir ki, görüş milyonlarla kinosevərin məhəbbətini qazanmış Klaudiya Kardinalenin məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başlayıb.Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib. Görüş Klaudia Kardinale ilə müsahibə formasında davam edib.Aktrisa 1938-ci ildə Tunisdə anadan olub. 1957-ci ildə Klaudia Kardinale ölkənin ən gözəl qadını seçilib və Venesiya kinofestivalına dəvət alıb. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib. Daha sonralar isə aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirib. Lakin K.Kardinale bununla kifayətlənməyib və çəkildiyi “Çəhrayı pantera” filmi ilə Hollivudu da fəth edib.Gecədə aktrisanın ən çox sevdiyi mahnılar ifa olunub. Sonra aktrisa tamaşaçıları maraqlandıran sualları cavablandırıb.ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva Klaudia Kardinaleyə görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirib, onun tamaşaçıların ürəyində xüsusi yer tutduğunu qeyd edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















