Kulis.az “Ən qısa hekayə” müsabiqəsinin qaliblərinin adlarını açıqladı

“APA-Holding”ə daxil olan Kulis.az ədəbiyyat portalının elan etdiyi “Ən qısa hekayə” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.APA-nın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Aqil Abbas, yazıçı Afaq Məsud, Lent.az informasiya portalının baş direktoru Qabil Abbasoğlu və başqaları iştirak edib. V.Mahirqızı bildirib ki, müsabiqə uğurla başa çatdırılıb və istedadı olan gənclər öz potensialını bu müsabiqə vasitəsilə reallaşdırıblar: “Bu müsabiqədən sonra Kulis.az internet dərgisinin istifadəçi sayı iki dəfə artdı ki, bu da müsabiqənin oxucular arasında böyük marağa səbəb olduğunu göstərir. Gələcəkdə Kulis.az yeni layihələrlə oxucuların görüşünə gələcək”. Müsabiqədə I yerin qalibi “Veteran” hekayəsi ilə Vüsalə Məmmədova (39 səs), II yerin qalibi “Ata” hekayəsi ilə Cavid Zeynallı (31 səs), III yerin qalibi isə “Atdılar” hekayəsi ilə Rüfət Əhmədzadə (28 səs) olub. Tədbirdə “Facebook” sosial şəbəkəsində keçirilən sorğunun qalibi Mehman Telmanoğlu (3114 “like”) və hekayəsi müsabiqədən kənar çap olunan yazıçı Afaq Məsud Kulis.az-ın xüsusi mükafatı ilə təltif olunub. Kulis.az müsabiqədə iştirak edən yazıçı Şərif Ağayara da xüsusi mükafat təqdim edib. Qeyd edək ki, Kulis.Az dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər. I yerin qalibinə 300, II yerin qalibinə 200, III yerin qalibinə isə 100 manat məbləğində mükafat təqdim olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















