Alessandro Safinanın Bakıdakı konsertinin repertuarı açıqlandı

Alessandro Safinanın Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin repertuarı açıqlandı.Mərkəzdən Trend-ə verilən məlumata görə, İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safina fevralın 21-də Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.Alessandro Safina Bakıda təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını ifa edəcək. Müğənninin iki saatadək davam edəcək konsertində "Incanto", "Memories", "Luna", "Besame Mucho", "La Nave Va", "Al Di La" və digər məşhur ifaları səslənəcək.Qeyd edək ki, erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa edib. O, klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə "opera roku" adlandırılan yeni üslub yaradıb. Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı "Teatro Bibiena"da, Londondakı "Barbican Hall"da və digərlərində çıxış edib. "Luna" sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth eləyib.Alessandro Safinanın konsertinin biletləri yanvarın 23-dən satışa çıxarılacaq. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından almaq mümkündür.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















