2013-cü ilin ən yaxşı filmi bəlli oldu

ABŞ-ın Kino Tənqidçiləri Assosiasiyası (Broadcast Film Critics Association) “12 illik köləlik” filmini (12 Years a slave) 2013-cü ilin ən yaxşı filmi seçilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Stiv Makkuinin dramı 13 nominasiya üzrə mükafatlandırılıb. Filmin əsasında oğurlandıqdan sonra köləliyə məhkum edilən kişi, Salamon Nortapın avtobioqrafiyası dayanır. 2013-cü ilin ən yaxşı rejissoru “Qızıl qlobus” mükafatçısı olan meksikalı Alfonso Kuaron elmi-fantastik film olan “Qravitasiya” filminə görə seçilib. Assosiasiya ən yaxşı aktyor işi kimi Metyu Makkonaxinin “Alıcıların Dallas klubu” adlı filmində Ron Vudruf rolu seçilib ki, buna görə də aktyor artıq “Qızıl qlobus” alıb. Ən yaxşı aktrisa nominasiyasına görə Keyt Blanşet “Jasmin” filmindəki roluna görə seçilib. Bu nominasiyaya görə də aktrisa əvvəllər “Qızıl qlobus” alıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















