“Oskar”a namizədlərin siyahısı açıqlandı

Yanvarın 16-da Bakı vaxtı ilə 17:38-də Amerika kino akademiyası 2013-cü ilin nəticələrinə əsasən “Oskar” mükafatçılarının siyahısını açıqlayacaqdır. Mərasim Los-Ancelesin Beverli-Hills rayonunda Samuel Qolduin teatrında keçiriləcəkdir.AzərTAc İTAR TASS agentliyinə istinadla xəbər verir ki, “Oskar” mükafatına namizədlərin siyahısını Akademiyanın prezidenti Şeril Bun Ayzeks və aktyor Kris Hemsvort elan edəcəklər.Mükafatın əsas - “ən yaxşı film” nominasiyasına adətən beşdən ona qədər film layiq görülür. Kinotənqidçilərin proqnozuna əsasən, bu il siyahıya Stiv Makkuinin real hadisələr əsasında çəkdiyi “12 il qul kimi” filmi, baş rollarda Sandra Bullok və Corc Kluninin çəkildiyi Alfonso Kuaronun “Qravitasiya” filmi, Aleksandr Peynin ağ-qara janrda çəkdiyi “Nebraska” tragikomediyası və digər filmlər daxil olacaqdır.Rejissor Devid Rasselin artıq üç “Qızıl qlobus” qazanmış “Amerikasayağı fırıldaq” filmi də əsas namizədlər sırasındadır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















