• $
  • €
  • ₽
  • ₺
  • £

Budapeştin Azərbaycan xalçalarına sevgisi - FOTOLAR

Budapeştin Azərbaycan xalçalarına sevgisi - FOTOLAR
04.12.2013 12:30
Macarıstana səfər etməzdən əvvəl bu Mərkəzi Avropa ölkəsi haqqında bir az məlumat toplamaq istədim. Budapeştdə yaşayan xalam Sevincdən orada Azərbaycan mədəniyyəti ilə bağlı hər-hansı bir mərkəzin, mağaza və ya sərgi salonunun olub-olmadığını soruşdum. O, mənə Budapeştdə Azərbaycan xalçalarının çox tanındığını bildirdi. Macarıstanın paytaxtı Budapeştdə bir çox dükanlarda Azərbaycan xalçalarının satıldığını, eləcə də bir neçə xalça sərgisinin keçirildiyini öyrəndim.Xalamla danışarkən məlum oldu ki, Azərbaycan xalçaları bəzən başqa ölkələrlə səhv salınır. O, mənə Budapeşt mağazasında satılan Qazax xalçası ilə bağlı hekayəti danışdı. O bir xalça mağazasında Azərbaycanın Qazax regionundan olan xalçanı görüb mağaza sahibinə xalçanın ölkəmizə aid olduğunu bildirib. Mağaza sahibi isə xalçanın Azərbaycanla heç bir əlaqəsi olmadığını və Qazaxıstanda toxunulduğu üçün "Kazakh" (İngilis dilində Qazax) adlandırıldığını deyib.Xalam Azərbaycanın məşhur xalçaçı-rəssamı Cəfər Mücirinin qızı olduğundan, xalçanın Azərbaycana aid olduğuna dair heç bir şübhəsi yox idi. O, mağaza müdirinə Azərbaycan xalça tarixinin nümunələrini göstərib. Mağaza müdiri bütün bu sübutlardan sonra xalçanın Qazaxıstana deyil, Azərbaycan regionu olan Qazax şəhərinə aid olduğunu qəbul edib və xalçanın toxunulduğu ərazinin adını düzəldib. Bu əhvalatı eşitdikdən sonra eyni səhvlərin olub-olmadığını öyrənmək üçün kiçik bir araşdırma aparmaq qərarına gəldim. Araşdırmalarım zamanı Budapeştdə bir çox mağazada Azərbaycan xalçalarına rast gəlsəm də, satıcıların ölkəmiz haqqında çox az məlumata sahib olduğunu gördüm. Budapeşt küçələri ilə irəliləyərkən, "Ağanın Şərq Xalçaları" ("Aga's Oriental Carpets") mağazası diqqətimi çəkdi. "Ağa" sözü Fars dilində "cənab" mənasını bildirir və həm də Türk dilində işlədilir. Mağazanın meneceri cənab Xan məni mağaza ilə böyük maraqla tanış etdi. Mağaza İran, Pakistan, Türkiyə, Əfqanıstan, Çin və Qafqaz kimi ölkələrdən minlərlə xalça, kilim və palaz təklif edir. Cənab Xan qiymətinin ucuz olduğuna görə ən çox Əfqan xalçalarının satıldığını bildirdi. Ən dəyərli xalçalar kimi isə İran, Türkiyə və Qafqaz xalçalarını göstərdi. Onun sözlərinə görə Qafqaz xalçaları, xüsusilə Azərbaycan xalçaları Macar xalqının favoritidir. Mağazada satılan xalçalar arasında üzərində "Azərbaycan", "Qazax", "Qafqaz, "Əfqanıstan", "Kazak", "İran" və s. sözlər işlənmiş xalçalara rast gəldim. Üzərində "Qafqaz" sözü işlənmiş bəzi xalçaların isə regionun məhz hansı ölkəsinə aid olduğu məlum deyildi. Mən Azərbaycan xalçalarını satmaqla yanaşı həm də onlar haqqında məlumat verə bilən mağazaya rast gəldiyim üçün məmnun idim. Bu qədər gözəl xalçaları bir yerdə gördükdən sonra başa düşdüm ki, xalçaçılıq bizim zəngin irsimizin bir hissəsidir. Bizim üzərimizə düşən vəzifə isə bu irsi gələcək nəsillərə ötürməkdir. Cəmilə İbrahimovaANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol