Ramazotti Bakıda konsert verəcək

Məşhur italyan və romantik balladanın kralı Eros Ramazotti 2016-cı ildə Azərbaycanda konsert verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə təşkilatçılardan biri - Trident Music şirkəti bildirib.
Müğənni Azərbaycanda irimiqyaslı dünya turu çərçivəsində, bu ərəfədə mayın 12-də işıq üzü görən "Perfetto” albomunu dəstəkləmək üçün konsert verəcək. Tur Veronada böyük konsertlərlə başlayacaq və təxminən bir aylıq voyaj ilə Rusiya, Belarus, Gürcüstan və Azərbaycan şəhərlərində başa çatacaq.
"Artistin fərqli cəhəti onun heç bir zaman yerli avadanlıqla işləməməsidir. Onun performansı miqyası və texniki eksklüzivliyi ilə seçilir. Şounun avadanlığı on nəhəng yük maşınına güclə sığışır, müşayiət edən komanda isə 80 nəfərdən çox adamdan ibarət olacaq”, - tamaşaçılara lazer və işıq effektləri ilə müşayiət ediləcək unudulmaz şou vəd edən təşkilatçılar danışıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















