Fidan Qasımova dünyanın ən tanınmış ifaçısı oldu

Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb.
ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.
Kembric Universiteti hər il dünyada araşdırma apararaq yüksək peşəkarlığı ilə seçilən şəxsləri mükafatlandırır.
Bu il bu yüksək ada məhz Azərbaycanın şöhrətli opera müğənnisi Fidan Qasımova layiq görülüb. Yüksək xidmətlərinə görə onun adı musiqi mədəniyyəti ensiklopediyasında həmişə yaşayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















