Afaq Məsud şairi işdən çıxardı

Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla kollektiv arasında yenidən qalmaqal yaşanıb.
ANN.az AzNews.az-a istinadən xəbər verir ki, A.Məsud daha bir neçə əməkdaşı işdən uzaqlaşdırıb. Onların arasında Mərkəzin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseynin də adı var.
Fərid Hüseyn məlumatı təsdiq edib: "Mən daha orada işləmirəm. Bir müddət öncə Tərcümə Mərkəzindən çıxmışam”.
Ancaq şair işdən çıxarılmasının səbəbi barədə heç nə deməyib.
AzNews.az-ın Tərcümə Mərkəzindən əldə etdiyi məlumata görə isə onun işdən çıxarılmasının səbəbi yazdığı yazılar və mətbuata verdiyi açıqlamalar olub.
Fərid Hüseynin yerinə Günel Şamilqızının təyin edildiyi deyilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















