Amerikalı repçi "50 Cent" müflis olduğunu elan etdi

Onun aktiv və borcları 10-50 milyon dollar miqdarında qiymətləndirilir
Daha çox "50 Cent" təxəllüsü ilə tanınan məşhur amerikalı repçi və prodüser Kartis Cekson bazar ertəsi ABŞ-ın Müflislik Məcəlləsinin 11-ci fəslinə əsasən kreditorlardan qorunması barədə məhkəməyə ərizə verib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Məhkəmə sənədlərinə əsasən, musiqiçinin həm aktivləri, həm də borcları 10-50 milyon dollar miqdarında qiymətləndirilir.
Bununla yanaşı, ötən cümə AP agentliyi xəbər verib ki, Manhettan məhkəməsinin qərarına görə, Cekson, reperi onun həyatına müdaxilə etməkdə ittiham edən qadının iddiası üzrə 5 milyon dollar ödəməlidir. O, 2009-cu ildə qadının şəxsi videosunu köhnə rəqibi, repçi Rik Rossa qarşı hazırlanmış çarxda istifadə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















