Dünya Ədəbiyyatı Kitabxanasından daha dörd kitab

Kitab Klubundan iki yenilik
"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından növbəti yeni 4 kitab çap olunub. Kitab Klubundan verilən məlumata görə, bunlar aşağıdakı kitablardır:
Tomas Vulf "Seçilmiş əsərləri", Samuel Bekket "Seçilmiş əsərləri", Ərəb ədəbiyyatı antologiyası, Latın Amerikası ədəbiyyatı antologiyası
Tomas Vulfun kitabına müəllifin "Həyatım haqqında bəzi qeydlər” avtobioqrafik qeydləri, "Baskom Hokun portreti”, "Dünyanın hörümçək toru”, "Ölüm-məğrur bacı” povestləri və 11 adda hekayələri daxil edilib.
Samuel Bekketin kitabına müəllifin "Qadonun intizarında”, "Endşpil”, "Bütün yıxılanlar haqqında”, "Xoşbəxt günlər”, "Söz və musiqi”, "Kül”, "Kreppin sonuncu lent yazısı” pyesləri və "İlk məhəbbət” hekayəsi daxil edilib.
"Ərəb ədəbiyyatı antologiyası"na Tahir Vəttarın "Balıqçı və saray”, Hani Nəqşəbəndinin "Dubayın bir gecəsi” və Qəssan Kənəfaninin "Gün altında adamlar” əsəri daxil edilib.
Latın Amerikası ədəbiyyatı antologiyasına isə Xulio Kortasarın "Xəstələrin əhvalı”, Luis Sepulvedanın "Eşq romanları oxuyan qoca” və Amanda Karpenterin "Tənha ürək” əsərləri daxil edilib.
Beləliklə, bu seriyadan 109 kitab artıq nəşr olunub.
Kitablara endirim
Kitab Klubu "Yayda oxumağa kitab axtarıram" deyənlər üçün bütün kitablara 40 faiz endirim elan edib. Endirim kampaniyası 18 iyula qədər davam edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















