Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın ortasında açacaq

88-ci teatr mövsümünün ilk tamaşası "Xortdanın cəhənnəm məktubları” olacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünü sentyabrın 18-də açacaq. "Report" xəbər verir ki, teatr yeni mövsümə Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povesti əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi ilə başlayacaq.
Tamaşanı Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Mandjiyev səhnəyə qoyub.
Qeyd edək ki, iki ölkənin teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşada əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev çıxış edir.
1 saat 30 dəqiqə davam edən "Xortdanın cəhənnəm məktubları" əsərinin teatrın yeni – 88-ci mövsümündə Rusiyanın bir sıra şəhərlərində nümayiş etdirilməsi də nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















