Akademik Milli Dram Teatrı yeni mövsümə hazırlaşır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov 142-ci teatr mövsümünün başa çatması ilə bağlı mətbuat nümayəndələri ilə görüş keçirib.
"Report"un məlumatına görə, İsrafilov media nümayəndələrinə bildirdi ki, 142-ci teatr mövsüm onun rəhbərlik etdiyi mədəniyyət ocağı üçün uğurlu olub.
Son on ay əzrində 12 tamaşanı təhvil verdiklərini qeyd edən teatrın direktoru, yeni mövsümdə də tamaşaçıları maraqlı teatr əsərlərinin gözlədiyini vurğuladı.
Onun sözlərinə görə, yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının repertuarına Qriqori Qorinin "Herostratı unudun", Afaq Məsudun "Kərbəla", Lev Tolstoyun "Hacı Murad", Sofoklun "Antiqona" və Qoqolun "Müfəttiş" kimi əsərlər də daxil olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















