Azərbaycanın məşhur rəssamı ABŞ-da əməliyyat olundu

Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov əməliyyat olunub.
"Report" xəbər verir ki, əməkdar rəssam ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanalardan birində əməliyyat edilib.
İ.Məmmədovun əməliyyatdan sonrakı durumu yaxşıdır.
Hazırda rəssamın ailə üzvləri ABŞ-dadır.
Qeyd edək ki, İsmayıl Məmmədovun oğlu ABŞ-da yaşayır.
Xatırladaq ki, əməkdar rəssam İsmayıl Məmmədov 1948-ci ildə Bakıda doğulub.
1963-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. 1968-ci ildə İlya Repin adına Leninqrad (bugünkü Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub.
Məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olub. 1996-cı ildə Akademik Milli Dram Teatrının quruluşçu rəssamı, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışıb.
İsmayıl Məmmədov Akademik Teatrda İ.Əfəndiyevin "Hökmdar və qızı" , B.Vahabzadənin "Özümüzü kəsən qılınc" (Göytürklər), "Dar ağacı", Ə.Əmirlinin "Köhnə ev", "Varlı qadın" və s., Musiqili Teatrda Ü.Hacıbəylinin "O olmasın, bu olsun" və başqa tamaşalara səhnə tərtibatı verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















