• $
  • €
  • ₽
  • ₺
  • £

Venesiya Film Festivalının rəhbəri türkləri tərifləyir

Venesiya Film Festivalının rəhbəri türkləri tərifləyir
03.08.2015 20:41
Dünya səviyyəsində diqqət cəlb edən filmlər

 "Əgər həyatda olan 10 ən yaxşı rejissorun siyahısını tutası olsam, Nuri Bilge Ceylan mütləq o siyahıda olar.”

Qarşıdan gələn 72-ci Venesiya Film Festivalının rəhbəri Alberto Barbera 2014-cü il Kann Festivalının qalibi Nuri Bilge Ceylanı baş münsiflər heyətinə üzv təyin edib və bu münasibətlə onun haqqında xoş sözlər deyib.

"Bir zamanlar Anadoluda” filmini son 15 ilin ən gözəl filmlərindən biri kimi qiymətləndirib.

"Ceylana münsif olmağı nahar zamanı təklif etdim. Türk filminə heyranlığımı qeyd etdim. O, təklifi qəbul etdi.”

A.Barbera türk filminin yeni ulduzları haqda da yüksək rəy bildirib.

"Keçən il Kaan Müjdecinin "Sivas” filmi festivalın yarışma hissəsinin əsas filmlərindən idi. Bu il Emin Alperin gözəl, kəskin və heyrətamiz filmi əsas filmlərdəndir."

"Türk filmi son illərdə getdikcə daha maraqlı olur. İndi türk filminə yeni nəsil gəlib. Onlar dünya səviyyəsində diqqət cəlb edən filmlər yaradırlar. Venesiya kimi önəmli kino tədbirlərində göstərilməyə layiqdirlər.”

Rəsmi məlumata görə, Emin Alperin 114 dəqiqəlik "Abluka” filmi siyasi zorakılıq altında sağ qalmağa çalışan iki qardaşın hekayəsidir. Bu film Qızıl Aslan Mükafatı uğrunda Rusiyadan A.Sokurovun, İsraildən Amos Gitai’nin, Erməni-Kanada rejissoru Atom Egoyan'ın filmlərilə birlikdə yarışacaq.

Festivalın qeyri-yarış hissəsində də bir neçə türk filmi göstəriləcək.

Xəbər verdiyimiz kimi, Orxan Pamukun "Məsumiyyət Muzeyi" romanı əsasında rejissor Grant Gee'nin çəkdiyi film də 2-12 sentyabr tarixləri arasında keçiriləcək bu festivalda ilk dəfə nümayiş etdiriləcək. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol