Rəssam Gülşən Hacıyevanın fərdi sərgisi açıldı

Sərgidə rəssamın 150-dək əsəri nümayiş olunur
Bakıda Azərbaycanın bərpaçı rəssamı Gülşən Hacıyevanın fərdi sərgisi açılıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sərgi Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilir.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın 150-dək əsəri nümayiş olunur. Həmçinin rəngkarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq sənətinə aid müxtəlif mövzulu portretlər də təqdim edilir. Fırça ustasının əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.
Qeyd edək ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim kimi fəaliyyət göstərən Gülşən Hacıyevanın 65 illik yubileyi çərçivəsində keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















