Azərbaycan və Türkiyə müdafiə nazirlərinin ikitərəfli görüşü keçirildi

Dekabrın 17-də İstanbul şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.
Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını da xüsusi qeyd edərək Silahlı Qüvvələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















