Danışıqlar Azərbaycandan çox, Ermənistana lazımdır - VİDEO

Politoloqlar prezidentlərin sabahkı görüşünü şərh ediblər.
Prezident İlham Əliyev İsveçrəyə yola düşüb. Politoloqlar Ermənistan və Azərbaycan prezidentlərinin sabah keçiriləcək görüşünü şərh ediblər və Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı gözləntiləri ANS-ə açıqlayıblar.
Millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, artıq vəziyyət elə gətirib ki, indi bu danışıqlar Azərbaycandan çox Ermənistana lazımdır: "Bir ildən artıqdır ki, Ermənistan Azərbaycan arasında görüşün keçirilməsin israr edir. Çünki Ermənistanda vəziyyət çox ciddidir, sosial-iqtisadi durum çətindir. Ona görə də Ermənistan kompramisə getməyə məcburdu”.
Millət vəkili, politoloq Rasim Musabəyov isə qeyd edib ki, danışıqlar raundunun növbəti mərhələsinin başlanmasına razılıq versələr, eləcə də yaranan mövcud gərginli nəzərə alaraq müsbətə doğru atılan bir addım olardı: "Cəbhə xəttində də gərginliyi aşağı salımaq mümkün olsa, fikrimcə bu özü də bir naliyyətdir. Düşünmürəm ki, bundan başqa nə isə sensasion nəticə əldə olunsun”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















