• $
  • €
  • ₽
  • ₺
  • £

“Millətlərin mövcudluğunun əsasını sərhədlərin təhlükəsizliyi və milli suverenlik təşkil etməlidir”

“Millətlərin mövcudluğunun əsasını sərhədlərin təhlükəsizliyi və milli suverenlik təşkil etməlidir”
28.05.2020 23:49
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer məşum "dondurulmuş münaqişələr” ssenarisini qəbul etmir və ATƏT-ə sədrliyi dövründə bu vəziyyətin aradan qaldırılması üçün çalışacaq.
 
APA-nın "ukrinform.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT sədrinin BMT Təhlükəsizlik Şurasındakı çıxışının mətnində deyilir. "Mən tez-tez "dondurulmuş" və ya "həlli uzanmış" adlandırılan münaqişələri qeyd etmək istərdim. Hesab edirəm ki, biz bu cür fatalizmi qəbul etməməliyik", - deyə çıxışda deyilir.
 
Nazir Ermənistan –Azərbaycan sərhədində və təmas xəttində ölümcül insidentlərin artmasından narahatlığını ifadə edib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə sülh səylərinin fəallaşdırılmasını təklif edib.
 
Bununla yanaşı,  F. V. Ştaynmayer dünyanın yenidən "soyuq müharibə" dövrünü yaşaması fikri ilə razı olmadığını qeyd edib. Onun sözlərinə görə, bu gün dünya başqadır, münaqişələr daha çox toqquşan maraqları olan subyektləri ehtiva edir: "Millətlərin mövcudluğunun əsasını indi olduğu kimi, sərhədlərin təhlükəsizliyi və milli suverenlik kimi prinsiplər təşkil etməlidir.  Bu prinsiplərin dəstəklənməsi üçün BMT, ATƏT kimi güclü çoxtərəfli mexanizmlər vacibdir". 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol