Bakıda hərbi attaşelərin iştirakı ilə toplantı

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib.
ANN.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, toplantıda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov iştirak edib.
Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulması səbələri, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri, erməni silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan mütəmadi olaraq cəbhə xətti boyu yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması barədə hərbi attaşelərə obyektiv məlumatlar təqdim edilib.
Bundan əlavə, hərbi attaşelər mülki əhalinin yaşayış binalarının, nəqliyyat vasitələrinin və sahəyanı ərazilərinin intensiv artilleriya silahlarından atəşin altında saxlanması, bunun nəticəsi olaraq düşmənin təxribatçı hərəkətlərinin qarşının alınması barədə məlumatlandırılıblar.
Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















