• $
  • €
  • ₽
  • ₺
  • £

Maskalı ermənilər azərbaycanlılara silahlı hücum etdi - ФОТО

Maskalı ermənilər azərbaycanlılara silahlı hücum etdi - ФОТО
10.04.2016 10:00
Fransanın paytaxtı Parisdə Ermənistan əleyhinə keçirilən aksiya iştirakçılarına hücum olub. ANS PRESS-in məlumatına görə, Ermənistanın Parisdəki səfirliyinin qarşısında Ermənistanın son hərbi təxribatlarına etiraz aksiyası keçirilib.

Aksiya Paris Azərbaycan Evi Assosiasiyasının təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutub.

20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir çubuqlar, şüşə, kimyəvi maddə və digər küt alətlərlə silahlanaraq Parisdə Ermənistan səfirliyinin qarşısında dinc şəkildə etirazlarını bildirən 200-dən çox azərbaycanlıya qarşı zorakılıq tətbiq ediblər.

Fransa çevik polis alayı ermənilərin hücumunu dəf edib və hazırda hücum edənləri müəyyənləşdirməyə çalışır. Yaralılara yardım etmək üçün təcili tibbi yardım çağırılıb. 
 
Paris Azərbaycan Evinin sədr müavini Mehri Quliyeva ermənilərin təxribatı ilə bağlı ANS TV-ə açıqlama verib. O bildirib ki, azərbaycanlılar dinc aksiya keçirərkən Parisdə yaşayan radikal erməni qrupunun gənclərdən ibarət qolu təxribat törədərək silahlı hücum edib.

Onun sözlərinə görə, hücum zamanı azərbaycanlılardan yaralananlar olub. Polisin köməkliyi ilə onların qarşısı alınıb və bir neçə radikal erməni saxlanılıb


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol