• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı nazir həbs olundu

Azərbaycanlı nazir həbs olundu
03.03.2017 09:00
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Ukrainskaya Pravda” nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.
 
"Nəsirov "qaz işi” çərçivəsində aparılan axtarış zamanı saxlanılıb”, - deyə Bürodan bildirilib.  Bundan əvvəl DFX binasında axtarış aparılıb. 
 

 
Məlumata görə, hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.  
 
R.Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia  edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.    
 
Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.
 
Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov "Feofaniya” klinikasından xərəklə  kardioloji korpusa aparılıb. Onun reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. 
 
Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.
 
Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın deputatı Aleksandr Onişenko barəsində "külli miqdarda dövlət əmlakının talanması» maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə, ölkə daxilində hasil olunan qazı aşağı salınmış qiymətlərlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Qeyd olunan hərəkətlər nəticəsində dövlətə 120,5 mln. dollar ziyan dəydiyi qeyd olunur. Sonradan Rada Onişenkonun cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsinə razılıq verib, lakin qərar qəbul edilməzdən əvvəl Onişenko ölkəni tərk edib. Deputat həmçinin dövlətə xəyanətdə və Ukraynada vəziyyəti gərginləşdirməyə hazırlıq görməkdə şübhəli bilinir.  
 
Barəsində axtarış elan edilən Aleksandr Onişenko Roman Nəsirovun saxlanılmasını şərh edib.  
 
"Bu, Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) indiyədək uğradığı və bundan sonra uğraya biləcəyi ən böyük uğursuzluqdur. İstintaq heç nə sübut edə bilməyəcək. Çünki Nəsirovla münasibətlərimizdə  heç vaxt pul faktoru olmayıb. Bu səviyyədə bir şəxsin saxlanılması və həbs edilməsi UMAB-a və, ümumilikdə, hakimiyyətə böyük zərbədir”, - deyə o bildirib.      
 
Onun sözlərinə görə,  "bir nəfəri gözdən salmaq cəhdi bütün antikorrupsiya sisteminin nüfuzdan düşməsi ilə nəticələnə bilər”. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol