• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan sülh prosesini şantaj etməklə məşğuldur" - XİN

"Ermənistan sülh prosesini şantaj etməklə məşğuldur" - XİN
15.03.2017 18:00
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Ermənistan prezidenti Serj Sarkisyan İspaniyanın EFE agentliyinə müsahibəsində substantiv danışıqlara başlamaq üçün şərt qoyur və bunun üçün insidentlərin araşdırılması mexanizminin yaradılmalı olduğunu deyir. Bu, Ermənistan tərəfindən danışıqların boykot edilməsi deyilmi?
 
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması qəsdən danışıqların pozulması, boykot və şantaj deməkdir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı.
 
Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişəsinin həlli üzrə substantiv danışıqlar paralel və sinxron şəkildə aparılmalıdır. Substantiv danışıqların əsas elementi olaraq mövcud status kvo dəyişdirilməli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə çıxarılması təmin edilməlidir. Bu proses çərçivəsində insidentlərin araşdırılması mexanizmi kimi texniki-köməkçi məsələ də nəzərdən keçirilə bilər.
 
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilən son açıqlamalarda, həmçinin BMT baş katibinin 27 fevral 2017-ci il tarixili bəyanatında münaqişənin sülh yolu ilə həlli üçün təxirəsalınmadan substantiv danışıqlara başlamağa çağırış edilsə də, Ermənistan bundan imtina edir. Hətta nəinki imtina edir, dövlət başçısı səviyyəsində şərt qoyaraq, bütün sülh prosesini təhdid və şantaj etməklə məşğuldur.
 
- Ermənistan substantiv danışıqlardan imtina etməklə nə kimi məqsəd güdür?  
 
- Ermənistanın substantiv danışıqlara getməkdən imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi  ilə müşayiət olunur. Bütün bunlar açıq şəkildə onu göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürüdür və hər bir vəchlə işğalı saxlamağa və möhkəmləndirməyə çalışır. Bunun müqabilində insidentlərin araşdırılması kimi texniki məsələni gündəmə gətirmək və substantiv danışıqları texniki məsələnin girovuna çevirməklə, Ermənistanın güddüyü təhlükəli məqsəd işğala əsaslanan mövcud status-kvonu saxlamaqdır. Həmsədr dövlətlər və beynəlxalq ictimaiyyət münaqişənin həlli üzrə danışıqlar masasında olan təkliflərin və bütövlükdə sülh prosesinin uğursuzluqla nəticələnməsinin qarşısının alınması üçün Ermənistana münasibətdə təsirli və ciddi addımlar atmalıdır. Ermənistanın regionu yenidən müharibə və hərbi avantüraya sürükləməsinin qarşısını almaq üçün münaqişənin köklü həllini nəzərdə tutan substantiv danışıqlar dərhəl başlamalıdır. Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara hazırlığını dəfələrlə bəyan edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol