• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağda təhlükə

Dağlıq Qarabağda  təhlükə
05.04.2017 14:00
2016-cı ilin aprel ayında Qarabağda baş vermiş eskalasiyadan 1 il keçməsinə baxmayaraq bölgədə ağır döyüş toqquşmaları yenidən təkrarlana bilər. Növbəti hərbi əməliyyatlar regiondakı vəziyyəti daha dəhşətli edə bilər.

"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, bu barədə Avropa və Mərkəzi Asiya üzrə beynəlxalq böhran qrupunun proqram rəhbəri Maqdalena Qrononun  "Dağlıq Qarabağdakı eskalasiyadan bir sonra gözlənilən təhlükələr” adlı məqaləsində deyilir.

Məqalədə məcburi köçkünlərin mövcud problemlərindən, yaşayış şəraitindən, onların üzləşdikləri problemlərdən də söhbət açılıb.

Müəllif qeyd edir ki, məcburi köçkünlərin yaşadığı yerlərdən biri köhnə sovet sanatoriyası paytaxt Bakının yaxınlığında yerləşir. Müəllif burada yaşayan məcburi köçkünlərin bəzilərindən müsahibələr də alıb.

Köhnə sanatoriyada yaşayan Bayram – 1988-1994-cü illərdə Dağlıq Qarabağ müharibəsində iştirak edib – bu yaxınlarda aldığı tünd gümüşü rənğli divar kağızı ilə öyünür.

"Qızlarımın gələcək qohumları indi burada rahat yaşaya biləcəklər. Bizdən fərqli olaraq onlar məcburi köçkün deyil”, - Bayram deyir.

O, ötən ilin yazındakı qanlı aprel döyüşlərində Azərbaycan ordusuna yaxından kömək etmək üçün can atırdı: "Əlbəttə, mən bilirəm müharibə nə deməkdir və onun nəticələri necə olur.”

Bayram 25 il əvvəl artilleriya atəşi nəticəsində xəsarət aldığı ayaqlarını göstərir və əlavə edir ki, 20 ildən çoxdur ki, pis şəraitdə yaşayan ailəsinə də yardım edə bilmir.

"Buna baxmayaraq böyük oğlumu hərbi xidmətə göndərdim. O, zabitdir. Oğluma dedim ki, özünü qoru, amma vətənin üçün savaş”, - veteran sözlərinə əlavə edir.

Müəllif xatırladır ki, ötən il Dağlıq Qarabağda döyüşlər aprelin 1-dən 2-nə keçən gecə başlayıb, hər iki tərəfdən böyük itkilər olub. Bayram deyir ki, hərbi əməliyyatların başladığı zaman doğma torpaqlarına qayıdacaqlarına ümidi daha da çoxaldı: "Biz evə qayıdacağımıza inanırıq.”

Məqalədə qeyd olunur ki, Dördgünlük müharibə erməniləri  təşvişə salmışdı. Məşhur erməni ekspertlər də müxtəlif fikirlər səsləndirirdilər. Onlardan bəziləri qısamüddətli müharibədə Azərbaycanın uduzduğunu, bəziləri isə böyük qələbə qazandığını bəyan edirdilər.

Dağlıq Qarabağda yaşayan ermənilər də təhlükəsizliklərinə görə narahat olaraq kəndləri boşaldırdılar.

Müəllifin sözlərinə görə, münaqişə dondurulmuş sayılsa da hərbi əməliyyatlar hər an alovlana bilər. Vəziyyət indi xüsusilə təhlükəlidir. Ermənistanın Rusiya ilə, Azərbaycanın isə həm Türkiyə, həm də Rusiya ilə hərbi müqavilələri var.

Azərbaycan 2015-ci ildə hərbi məqsədlər üçün 3 milyard dollar vəsait sərf edib. Azərbaycan Türkiyə, Rusiya, Pakistan və İsraildən yeni nəsil silahlar alıb. Ermənistan isə ordunu Rusiyanın kreditlərlə verdiyi silahlarla təchiz edib.

Hər iki tərəf münaqişə zonasındakı status-kvonu qəbul edilməz sayır. Danışıqların ilkin mərhələsində İrəvan çalışır ki, təcili sürətdə təhlükəsizliklərini təmin etsin. Bakı isə zəmanət almaq istəyir ki, danışıqlar prosesində irəliləyiş olacaq, Dağlıq Qarabağ ətrafındakı torpaqlar Azərbaycana qaytarılacaq. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın ürəyində təhlükəli problem olaraq qalmaqdadır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol