"Terrorizm heç vaxt qalib gələ bilməyəcək" - Britaniya səfiri

Terrorizm heç zaman qalib gəlməyəcək. Biz qalib gələcəyik.
Anews.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, 2 gün əvvəl Mançesterdə terrorçu da daxil olmaqla, 22 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib:
"Hadisə zamanı 59 nəfər xəsarət alıb və onların içərisində həyati təhlükəsi olanlar var. Azərbaycan prezidenti İlham Əliyev və xarici naziri Elmar Məmmədyarov Britaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk. Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















