• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Pakistan xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan və Pakistan xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib
09.06.2017 19:00
Azərbaycan-Pakistan qardaş münasibətlərinin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Pakistan Respublikası baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ortaq tarixi, mədəni və dini dəyərlərlə xarakterizə olunan Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələrdə uğurla inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Həmçinin nazir ölkə başçılarının qarşılıqlı səfərlərinin, bu yaxınlarda Pakistanın baş nazirinin Azərbaycana səfərinin, eyni zamanda beynəlxalq və regional arenada qarşılıqlı dəstəyin ölkələr arasında əlaqələrin əhəmiyyətli inkişafına təkan verdiyini qeyd edib.

E.Məmmədyarov iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın Azərbaycan və Pakistan xalqlarının firavanlığına, eyni zamanda regional sülh, təhlükəsizlik və davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin iki ölkə arasında uğurlu əməkdaşlığın, qarşılıqlı inam və anlaşmaya əsaslanan Azərbaycan-Pakistan qardaş münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında tezliklə həllinə dair Pakistanın prinsipal mövqeyinə, həmçinin bununla bağlı Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə görə təşəkkürünü bildirib.

Pakistan baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz Elmar Məmmədyarova ünvanladığı məktubunda Pakistan və Azərbaycan arasında tarixi, dini və mədəni əlaqələrin ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıqda təzahür etdiyini diqqətə çatdırıb.

S.Əziz Pakistanın siyasi, iqtisadi, enerji və müdafiə sahələrində qardaş Azərbaycanla əməkdaşlığın daha da genişlənirilməsində maraqlı olduğunu ifadə edib. Nazir Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzu edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol