• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda 1750 PKK-çı və… 12 cəsəd?

Qarabağda 1750 PKK-çı və… 12 cəsəd?
19.06.2017 11:38
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksül Gülbey növbəti dəfə Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb.

Virtualaz.org "Akşam” qəzetinə istinadən xəbər verir ki, Göksəl Gülbey bu dəfə Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirildiyini bildirir.

ASİMDER başqanı deyir ki, erməni gənclər artıq işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmir. Nəticədə Avropaya və Rusiyaya qaçıb gedirlər. "Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Ermənistan İranda qeyri-leqal yaşayan əfqan mühacirlərə gözünü dikib. Ermənistan maddi sıxıntı içərisində yaşayan əfqan mühacirlərin və PKK-çıların içərisindən özünə muzdlu əsgərlər tutur”- dərnək başqanı bildirib.

Gülbeyin sözlərinə görə, Suriyaya dəstək üçün 400-ə qədər PKK-çı Ermənistana gəlib. "Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var.
Üzərlərində erməni uniforması var, amma Ermənistan bunları qəbul etmir. Bax bunlar PKK-dan gələn muzdlu əsgərlərdir”-uydurma erməni iddialarına qarşı mübarizəni öz bildiyi kimi aparan ASİMDER başqanı bildirib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol