• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda çaxnaşma: müharibə başlayır

Ermənistanda çaxnaşma: müharibə başlayır
28.05.2020 21:50
Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı birgə  bəyanat İrəvanda müharibə çaxnaşmasına səbəb olub.

İstiPress-in məlumatına görə, Ermənistan paytaxtında əhali o qədər qorxuya dühüb ki, Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan xalqa müraciət etməli olub.

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı  bəyanatda dinc əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhalinin atəşə tutulmasının qabardılması erməni ekspertləri ən çox qorxudan səbəbdir. Onlar düşünürlər ki, Azərbaycan böyük müharibə planlaşdırır və bunu əsaslandırmaq üçün mülki əhalini qorunması problemini irəli sürür.

"Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir”, - deyə Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanatda deyilir.

Beləliklə, Ermənistanda müharibə ilə bağlı yeni qorxu dalğası başlayıb və bu, 1990-cı illərdə olduğu kimi geniş hal ala bilər. 1994-cü ildə baş vermiş Horadiz döyüşlərindən sonra da İrəvanda belə əhval-ruhiyyə yaranmışdı və ermənilər kütləvi olaraq şəhəri tərk edirdilər.  Bunun əsas səbəbi Horadiz döyüşlərində 15 min erməninin həlak olması ilə bağlı idi. Ermənistan rəhbərliyi cəbhədəki itkilərin yerini doldurmaq üçün zavod və fakriklərdən hərbi təcrübəsi olmayan adamları ön cəbhəyə aparırdılar. Ailələrinə isə oğullarının Rusiyaya ezamiyyətə getdiyini deyirdilər. 

Qeyri-rəsmi məlumatlara görə, Ermənistan birinci Qarabağ münaqişəsində 75 min əsgər itirib. O vaxt Ermənistanda belə bir lətifə yaranmışdı: "İrəvanı axırıncı tərk edən adam hava limanında işığı söndürsün”.

İndi də Ermənistandan miqrasiya var, hər il 2 minə yaxın 16 yaşa çatmamış oğlan Ermənistanı tərk edir. Bu, Ermənistanın hərbi çağırışa yararlı gənclərinin 10 faizi deməkdir. Erməni hərbçilər bu rəqəmin dəfələrlə artmasından qorxurlar, bu isə Ermənistanda onsuz da çətin olan hərbi çağırışçı problemini dərinləşdirəcək.

"Lragir” vasitəsi ilə ermənilərə müraciət edən general-mayor Arkadi Ter-Tadevosyan erməniləri sakitləşdirməyə çalışıb: "Onlar (azərbaycanlılar - red) gah burada, gah orada hərbi təlim keçirirlər ki, bizim aramızda çaxnaşma yaransın”.

Halbuki, Arkadi Ter-Tadevosyanın iyulda aktiv döyüşlərin başlaya biləcəyini və Ermənistanın aprel döyüşlərinin intiqamını alacağını bildirmişdi. İndi isə sülhdən danışmağa başlayıb.

Çingiz Rüstəmov
İstiPress 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol