Azərbaycan müğənnisi erməni mahnısı oxudu - VİDEO

Vidadi Bərdəlinin qızı Aytac Bərdəli erməni mahnısı oxuyub. Müğənni
plaqiatlıqla ittiham olunur. Belə ki, əslində Aytacın reperturına daxil
etdiyi "Balam” mahnısının orginal versiyası 4 il bundan öncə erməni
müğənni Vaçe Amaryan tərəfindən ifa edilib.
"Qaynarinfo" məsələylə
bağlı müğənninin prodüseri ilə əlaqə saxlayıb. Nərgiz Hüseynova əvvəlcə
belə bir şey olmadığını, saytların qalmaqal yaratmaq məqsədilə yalan
məlumat verdiyini söyləsə də, irəli sürülən faktlardan sonra, "Əgər elə
bir mahnı varsa da, illər əvvəl olmuş məsələdi. Bunu gündəmə gətirməyin
mənası yoxdur. Biz bununla maraqlanacağıq və lazım olsa, hüquqlarımızı
məhkəmədə müdafiə edəcəyik", - deyə bildirib.
Yeri gəlmişkən, mahnı ötən ilin yanvar ayında ictimaiyyətə təqdim olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















