• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyandan növbəti blef - Ermənistan müharibəyə hazırdır

Sarkisyandan növbəti blef - Ermənistan müharibəyə hazırdır
26.10.2017 16:56
Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə verdiyi açıqlamada həyasızcasına yalan danışaraq bildirib ki, indiki mərhələdə Ermənistan Dağlıq Qarabağ probemini hərbi yolla həll etmək niyyətində deyil, onun belə məqsədi yoxdur.

"Ona görə də bir əllə danışıqlar aparmaq, digər əllə isə atəş açmaq yolu ilə problemi həll etmək mümkün deyil. Biz ya danışıqlar aparmalı, ya da atəş açmalıyıq. Hər iki varianta hazırıq” – deyən Sarkisyan növbəti dəfə daxili və xarici auditoriyaya yalan məlumatlar ötürüb.

Sarkisyanın bu açıqlamasını Yenicag.az-a şərh edən politoloq Natiq Miri bildirdi ki, işğalçı dövlət rəhbərinin həmin fikirləri ziddiyyətli açıqlamadır:

"Ancaq nə qədər ziddiyyətli olsa da, bununla Sarkisyan beynəlxalq ictimaiyyətə belə bir fikir ötürür ki, danışıqların siyasi nəticəsinin olması üçün bir əldə iki qarpız tutmaq mümkün deyil. O mənada ki, həm danışıqlar, həm də atəşkəsin pozulması eyni anda baş verəcəksə, onun siyasi nəticələri olmayacaq.
Bununla bağlı dolayısı ilə atəşkəsin təmin olunması üçün təklif olunan mexanizmlərin tətbiqi həm də Azərbaycanın bu yöndə torpaqları azad etmək üçün aktivləşməsinin qarşısını almağa yönəlik açıqlamadır. Çünki cəbhə xəttində atəşkəsin təmin olunması və bu yöndə ABŞ-ın irəli sürdüyü mexanizmin tətbiqi əslində, Ermənistanın işinə yarıyır. Təhlükəsizlik təminatı adı altında heç bir nəticəsi olmayan uzun vədəli danışıqlar aparmaqla sadəcə, görüntü yaradır və Azərbaycanın qəbul edə bilməyəcəyi şərtləri irəli sürməklə bir növ özlərini sülh tərəfdarı kimi təqdim edirlər. Bir məsələni də nəzərə alaq ki, Avropada baş verən və getdikcə böyüyən separatizm dalğası çərçivəsində İrəvanla Dağlıq Qarabağ separatçılarının mövqeyi xeyli dərəcədə zəifləyib.

Bunun müqabilində də təbii ki, Sarkisyanın ondan artıq deyəcəyi bir şey yoxdur. Çünki artıq Qərb dünyası separatizm dalğasının qarşısını almaq məcburiyyətindədir. Buna paralel olaraq, İraqda Avropa və ABŞ-ın dəstəklədiyi Kürdüstan muxtariyyətində baş verən referendumun nəticələri belə tanınmadı. Ayrıca, İspaniya, İtaliya və gələcəkdə ola bilsin Böyük Britaniyada separatizm dalğasına məruz qalmamaq üçün Qərb təbii ki, bu cür təhükədən sığortalanmaq istəyir. Bu kontekstdə də İrəvanın Qərbdən tələb edə biləcəyi hər hansı bir nüans yoxdur. Ona görə də Sarkisyan məcburən belə açıqlamalar verməklə, əslində Dağlıq Qarabağda təhlükəsizliyi təminat altına almağa çalışır. Bunun nəticəsində də Sarkisyan yenidən atəşkəs mexanizmlərinin yaradılması nağıllarına qayıdır. Hansı ki, Cenevrə danışıqlarında ümumiyyətlə, bu məsələlərdən söhbət getməmişdi.

Maraqlıdır ki, həmin görüşdən sonra açıqlama verməmək barədə razılıq əldə olunsa da, Sarkisyan 3 saat keçməmiş bu razılığı da pozub. Bu səbəbdən düşünürəm ki, Sarkisyanın bu açıqlamasını məcburi qaydada edilən sayıqlamadan savayı başqa cür qəbul etmək mümkün deyil”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol