• $
  • €
  • ₽
  • ₺
  • £

“Melissa Park”a fırıldaqçılıq ittihamı

“Melissa Park”a fırıldaqçılıq ittihamı
27.11.2017 21:39
Paytaxtda fəaliyyət göstərən tikinti şirkətləri "4,4 % effektiv üsul” adı ilə müştəriləri aldadır.

Belə ki, Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır.
"Melissa Park” kimi inhisarçı tikinti şirkətləri hazırda bu yolla müştəriləri özlərinə cəlb etməyə çalışır.

Xırda hesablama aparaq: "Melissa Park” yaşayış komleksində (Həsən bəy Zərdabi, küç 92A) mənzilin bir kvadratının qiyməti mərtəbədən asılı olaraq 1560-1790 manat arası dəyişir.

Kompleksdən 92.9 kv.m sahəsi olan mənzili almaq istəsəniz hər kv. metr üçün 1790 ödəməlisiniz. Mənzilin tam dəyəri – 92.9×1790=166,291 manat edir.
İlkin ödəniş 10 % (16,629 manat) ödəsəniz, yerdə qalan məbləği (166,291 – 16629 = 149,662 manat) 20 il hər ay 1251 manat ödəməlisiniz.

Beləliklə müştəri 20 il ərzində 1251 x 240 ay = 300,439 AZN toplam ödəniş həyata keçirəcək. Bunun 149,662 manatı əsas məbləğ, 150,777 manatı isə faiz məbləğidir. Beləliklə, dəyəri (baha olmasına baxmayaraq) təxminən 166 min manat olan mənzil üçün hər bir müştəri 150 min manat (təxminən evin şişirdilmiş dəyəri qədər) faiz ödəməlidir.

"AzPolitika” axar.az-a istinadla xəbər verir ki, tikinti şirkətlərinin reklam fırıldağına münasibət bildirən iqtisadçı Vüqar Bayramov dünyanın heç bir yerində bu qiymətə və belə yüksək faizlə işləyən tikinti şirkətlərinin olmadığını deyib:

"Effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onları real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır. Əgər müştəri 4,4 faizlə kredit götürə bilməyəcəksə, mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksək faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4,4 faizdirsə, o zaman real faiz şərtlərdən asılı olaraq 2 dəfəyə yaxın çoxdur. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə belə, yenə də müştərilərin aldadılması davam edir. Bu şirkətlər hətta müştəriləri cəlb etmək üçün mənzil və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr, təəccüblənməyin. Məsələn, avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda real qiymətin 25 min manat, elan edilənin isə effektiv qiymət olduğunu bildirəcəklər. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol