• $
  • €
  • ₽
  • ₺
  • £

Rus telekanalı: Serj Sarkisyan gəzəyən ərli qadındır - VIDEO

Rus telekanalı: Serj Sarkisyan gəzəyən ərli qadındır - VIDEO
29.11.2017 21:46
Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.

Rusiyanın NTV telekanalının "Görüş yeri” ("Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.

İstiPress-in məlumatına görə, proqramda noyabrın 24-də imzalanan bu razılaşma "ümumerməni miqyasında tarixi hadisə” adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir.

Proqrama dəvət olunan ekspertlər isə Ermənistan barədə sərt fikirlər səsləndiriblər. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil. "Burada məsələ sadədir - Avropa İttifaqında yaranmış çata Rusiya tərəfindən paz çalınması. Burada məsələ Avropaya deyil, Ermənistana aiddir. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə o azad deyil, bu ittifaqın üzvüdür. Bizdə Gömrük İttifaqı çərçivəsində sərhədlər yoxdur və Ermənistan troya atına çevrilib”-o deyib.

Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. "İrəvanda Rusiyaya qarşı iradlar var ki, pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı münaqişə də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Njde nasist cinayətkarıdır”-Markov bildirib.

Proqramın aparıcısı Olqa Belova isə Ermənistanın ünvanına tikanlı atmaca atıb. Onun sözlərinə görə, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb.

Proqramın həmin dəqiqələrinin videokadrlarını təqdim edirik.

Xatırladaq ki, Ermənistanla Aİ arasında razılaşmanın imzalanması ərəfəsində Rusiya Müdafiə Nazirliyinin telekanalı "Zvezda” Serj Sərkisyanı faşist Garegin Ndje ilə müqayisə etmişdi.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol