• $
  • €
  • ₽
  • ₺
  • £

"Nardaranda keçirilən əməliyyatla böyük təhlükələrin qarşısı alınıb"

"Nardaranda keçirilən əməliyyatla böyük təhlükələrin qarşısı alınıb"
02.12.2017 13:43
"Nardaranda belə bir əməliyyatın keçirilməsi tələbi ilə çıxış edən millət vəkillərindən biri mən olmuşam. Vaxtilə televiziya vasitəsi ilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət etmişdim ki, Nardaran faktiki ölkənin yurisdiksiyasından kənara çıxıb, artıq gözləmək lazım deyil".

Bunu Nardaranda dini ekstremist qrupa qarşı keçirilən əməliyyatının ikinci ildönümü ilə bağlı APA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.
 
Q. Həsənquliyev deyib ki, o zaman qəsəbəyə daxil olanda insanda sanki başqa bir dövlətin ərazisində olması təəssüratı yaranırdı: "Divarlarda fərqli dillərdə şüarlar yazılmışdı, fərqli bayraqlar açılmışdı. Bu qəsəbədə bəzi insanlar açığı, Azərbaycan qanunlarına riayət etmirdilər. Xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən orda geniş iş aparılmışdı, çoxlu sayda insanlar əməkdaşlığa cəlb olunmuşdu, bunların bəzilərinin isə heç o kəndə aidiyyatı yox idi. Nəhayət, dövlət, hüquq-mühafizə orqanları öz sözlərini deməli idilər. Əks halda, gələcəkdə vəziyyəti hüquqi müstəviyə gətirmək üçün daha ağır nəticələr ola bilərdi. Təəssüf ki, Nardaranda hüquqi nizam-intizamın bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbir zamanı 2 polis əməkdaşı da daxil olmaqla, bir neçə nəfər həyatını itirdi. Amma biz bilirik ki, polis əməkdaşları vətəndaşların təhlükəsizliyini qorumaq, ictimai asayişi, dövlətin təhlükəsizliyini təmin etmək üçün həyatları ilə risk edirlər. Allah əməliyyat zamanı həyatını itirən polislərə rəhmət etsin. Əlbəttə, ağır itkidir. Amma bir daha deyirəm ki, iki il əvvəl Nardaranda keçirilən əməliyyatla dövlətçiliyimiz üçün daha böyük yarana biləcək təhlükələrin qarşısı alındı. Bu istiqamətdə də Daxili İşlər Nazirliyinin fəaliyyətini təqdir etmək və yüksək qiymətləndirmək lazımdır. Bu əməliyyatda itki verilsə də,  hər halda nizam-intizam bərpa olundu, dövlətimiz üçün hazırlanan böyük bir qəsdin, təhlükələrin qarşısı alındı".

Sonrakı mərhələdə Nardaranda abadlıq işlərinə başlandığını xatırladan millət vəkili qəsəbənin küçələrində Azərbaycan bayrağı qaldırıldığını söyləyib: "Nardaranda o vaxta qədər müxtəlif ekstremist qüvvələrin bayraqlarının da dalğalandığı olmuşdu.  Orda yalnız Azərbaycan bayrağı qaldırılanda insanlarımız rahat bir nəfəs aldılar ki, biz daha bir təhlükədən sovuşduq. Biz hamımız bir daha o əməliyyatda iştirak edən polis işçilərini minnətdarlıq hissi ilə qeyd etməliyik. Nardaranı ölkənin yuridiksiyasından kənara çıxarmağa çalışmış insanlar da layiqli cəzalarını aldılar".
 
Q. Həsənqulyev bəzi siyasi qüvvələrin aksiyalarında, çıxışlarında Nardaran əməliyyatı zaman həbs edilən və məhkəmə tərəfindən haqlarında hökm verilmiş insanları "siyasi məhbus" kimi təqdim etməyə çalışmalarına, onları azadlığa çıxmalarını tələb etməsinə də toxunub: "Əgər insanlar doğurdan da törətdikləri cinayətə görə peşmançılıq hissi keçirirlərsə, cəzalarının bir hissəsini çəkiblərsə, cəzaçəkmə yerlərində özlərini yaxşı aparıblarsa, qanunvericiliyimiz onların cəzalarının çəkilməmiş hissəsindən azad olunmasına imkan verir. Nardaranda da məsuliyyətə cəlb olunmuş çoxlu sayda insanlar artıq azad ediliblər. Amma orada təşkilatçılar, insanları qızışdırıb dövlət və hakimiyyət orqanları ilə üz-üzə qoymaq istəyənlər olub və o insanlar cəzalarını çəkəcəklər. Belələrindən haqq-ədalət uğrunda mübarizə aparan obrazını yaratmaq cəhdlərinə gəlincə, bəri başdan deyim ki, belə cəhdlər cəmiyyət tərəfindən lənətlənir". 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol