İrəvanın yeni müharibə taktikası

Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən təlimlərin məqsədi müdafiə və əks-hücum məqsədi daşıyır.
Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan da təlimləri izləyib.
"Lragir” saytı yazır ki, "Ermənistan ordusu əks-hücum planları hazırlayır. Çünki hazırkı situasiyada Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ dondurulub, bu, mövcud status-kvonun möhkəmləndirilməsidir. Azərbaycan vəziyyətlə barışmır. Təlimlər də məhz rəqibə hesablanıb. Lakin bu, vəziyyəti daha da gərginləşdirə və Azərbaycanın əraziləri qaytarmaq üçün ikinci və Ermənistan üçün qorxulu olan müharibə variantını gündəmə gətirməsinə səbəb ola bilər”.
Görünür, Sarkisyanın Qarabağa səfərinin səbəblərindən biri də məhz cəbhədə yeni təxribatlara əl atmaqdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















